«Dollar kreditlərinə limit qoyulsun» – AMFA-dan TƏKLİF

dollarAzərbaycanda kreditlərin dollarla verilməsinə məhdudiyyət qoyulmalıdır.

Fins.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov çıxış edib. Onun fikrincə, kreditlərin “dollarlaşması” da manata inamı azaldır: “Manat dövlət atrubutudur. Hesab edirəm ki, dollarla verilmiş kreditlərin payı azaldılmalıdır. Biz manatın dəyərini artırmalıyıq. Eyni tələbi də donor təşkilatları qarşısında qoymalıyıq”.

Eləcə də manat kreditlərinin üstünlük təşkil etməsi onların qaytarılması ilə bağlı riskləri də azalda bilər. Onun sözlərinə görə, ölkə üzrə kredit portfelində dollar/manat nisbətinin məsələn 30%/70% həddində götürülməsi mükündür.