«AZADLIQ»IN RƏSƏDXANASI
Qoç
Bu gün yarımçıq işləri başa vurmaq, şəxsi münasibətləri aydınlaşdırmaq olar. Alış-verişdə bədxərclik etməyin. Hədiyyə almaq olar. Yerinə yetirmək fikrində olduğunuz işi təxirə salmayın. Tələsin, şansdan yararlanın.
Buğa
Gərəksiz əşyaları saxlamayın. Evdə və iş yerində qaydaya salma əməliyyatlarına ehtiyac var. Emosional gərginlik axşam saatlarına qədər davam edəcək. Necə istirahət etmək barədə düşünə bilərsiniz.
Əkizlər
Xəyallara və illüziyalara qapılmayın. Yeni işlərə başlamayın. Ünsiyyət, romantik görüşlər üçün əlverişli gün deyil. Günün ilk yarısı gərgin keçsə də, ikinci yarıda situasiya bir qədər müsbət istiqamətdə dəyişəcək. Axşam saatlarında istirahət edin.
Xərçəng
Perspektivlərlə bağlı danışaraq razılığa gəlmək üçün uğurlu gündür. Həmfikirləriniz və ətrafınızdakı insanlardan bəziləri ilə davranışda aqressiv olmayın. Emosiyalara nəzarəti itirməyin. Dəyər verdiyiniz şəxslərlə münasibətlərdə həssas olun.
Şir
Işinizdə çətinlik varsa, bunun səbəblərini dəqiqləşdirin. Ev işləri ilə məşğul olun. Bu minvalla daxili gərginlikdən qurtula bilərsiniz. Yeni imkanlardan dərhal yararlanmağa səy göstərməyin. Işgüzar və şəxsi münasibətlərdə uğurlu gündür.
Qız
Günün ilk yarısını cari işlərin yerinə yetirilməsinə həsr edin. Yaxın ətrafınızdakı insanlar arasında münasibətlər kəskinləşə bilər. Günün ikinci yarısında çətinliklərlə qarşılaşmayacaqsınız. Axşam saatlarında faydalı işlə məşğul olun.
Tərəzi
Istənilən işdə əhəmiyyətli addım atmaq üçün əvvəlcədən düşünün. Gərəkli saydığınız işlərdə irəliləməyə nail olmaq üçün qətiyyətli davranın. Ümumi işlərlə bağlı danışıqlar aparmaq olar. Səhhətinizin qeydinə qalın, əsəblərinizi qoruyun.
Əqrəb
Maddi maraqlarınızı aktivləşdirin. Günün ikinci yarısında azad olmaq istəyi baş qaldıracaq. Təmkinli olun. Əks təqdirdə, problemlərdən qurtula bilməyəcəksiniz. Səhhətinizə fikir verin, axşam saatlarında açıq havada gəzinti üçün vaxt tapın.
Oxatan
Verdiyiniz vədləri yada salın, öhdəlikləri yerinə yetirin. Yeni işə başlamayın. Dəyişikliklər yeni imkanlar yarada bilər. Hövsələsiz olmayın, heç nəyi dəyişməyin. Fiziki işdə fayda var. Axşam saatlarında istirahət edin.
Oğlaq
Bu gün işləri yarımçıq qoymayın. Sərfəli təklif ala bilərsiniz. Problemləri həll etmək mümkündür. Nikbin olun. Çətinliklərin qarşısında geri çəkilməyin.
Dolça
Düşünülməmiş qərar verməyin. Ehtiyatlı olun. Eşidəcəyiniz təklifi cavablandırarkən tələsməyin, bütün variantları düşünün. Şərtlər əlverişlidirsə, yeni layihəni reallaşdırmağa başlaya bilərsiniz.
Balıqlar
Problemlərin bir qismindən qurtulacaqsınız və istədiyiniz kimi hərəkət edə biləcəksiniz. Şəxsi münasibətlərdə istəklərinizi bildirin. Daha ciddi uğurlara nail ola bilərsiniz. Istirahət etməyi də unutmayın.