NATO rəsmisi: «Kreml sanksiyaların qisasını alır»
NATO-nun analitik mərkəzi Rusiya prezidenti Vladimir Putinin miqrant böhranından informasiya müharibəsi üçün istifadə etdiyini açıqlayıb. BBC Britaniyanın “The Observer” qəzetinə istinadən xəbər verir ki, mərkəzin təhlilçiləri Rusiyanın bu yolla Almaniyada kansler Angela Merkelə qarşı nifrət alovlandırmağa çalışdığını deyirlər. NATO analitiklərinin fikrincə, Putin Merkeldən Moskvaya qarşı beynəlxalq sanksiyaların qisasını almaq istəyir: “Kreml bu qənaətdədir ki, sanksiyaların arxasındakı hərəkətverici qüvvə məhz Angela Merkeldir.
NATO Strateîi Kommunikasiyalar Araşdırma Mərkəzinin direktoru Canis Sartsÿ “The Observer” qəzetinə bildirib ki, Rusiya Avropada ekstremist qüvvələrin maliyyələşdiriməsi ilə tanınır. Onun da fikrinə görə hazırda Moskvanın təbliğat müharibəsi Almaniya kanslerinə qarşı yönəlib.
NATO sözçüsü kimi yox, ekspert kimi danışdığını bildirən Sóerts deyib: “Rusiya nəzarət oluna biləcək şəbəkə yaradıb. Onlar belə bir şəbəkədən Almaniyada istifadə edirlər. Bu şəbəkə Almaniyada miqrantlarla bağlı əsəbi vəziyyəti Merkelin əleyhinə yönəltməklə məşğuldur. Angela Merkel Rusiyanın sanksiyalarla cəzalandırılmasının təşəbbüsçüsü olub. Məhz buna görə də Moskva hazırda yaranmış probelmləri fürsət bilərək Almaniyada hökumət dəyişikliyinə nail olmaq istəyir. Onlar bu işdə rusdillilərdən, sosial mediadan istifadə, hətta ifrat sağların ritorikasından istifadə edirlər”.


