Terrorçu İŞİD qruplaşmasının Suriyadakı “paytaxt”ı sayılan Rakkada yerli əhalinin formalaşdırdığı “Əl-Ansar” adlı silahlı təşkilatla atışma nəticəsində terrorçuların başçılarından biri – tunisli Əbu Əli ət-Tunisi öldürülüb.
Yerli sakinlər İŞİD-ə qarşı mübarizədə “Əl-Ansar”ı dəstəkləyir.
Xəbərdə bidirlib ki, ölkənin Rmeyla, Daraiya, Firdous, Əl-Acili, və Əl Bakri şəhərlərində də İŞİD-ə qarşı “üsyan” dəstəklənir.
(virtualaz)