ABŞ Suriyada kürdlərə muxtariyyət verilməsini istəmir

John KirbyBunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirby keçirdiyi mətbuat konfransında bildirib. C. Kirby ABŞ-ın Suriyanın federal dövlətə çevrilməsini, Suriyada kürtlər üçün yarı muxtar bir bölgə qurulmasını istəmədiyini vurğulayıb. Dövlət Departamentinin sözçüsüSuriyada qarşıdurmaların azalmasından sonra hakim rejimlə müxaliflər arasında diplomatik müzakirələrin başladığını da qeyd edib. C. Kirby müzakirələr uğurlu olarsa, Suriyada xalqın ehtiyaclarına cavab verəcək bir hökumətin qurulacağını söyləyib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın Suriyanın gələcəyində Bəşər Əsədin yerinin olmadığını düşündüyünü və ölkədə Bəşər Əsədin olmadığı bir hökumətin qurulmasını istədiyini bəyan edib.

 

(apa)