Rusiyada vertolyot qəzası, ölənlər var

vertolyot-qezaRusiyanın qərb regionunda baş verən vertolyot qəzasında 2 nəfər ölüb, iki nəfərsə yaralı halda hospitala götürülüb.

Regional qubernator Svetlana Orlovanın məlumatına görə, qəza martın 4-də baş verib.

İvanovo şəhərindən Moskvaya uçan vertolyot Varvarino kəndinin ətrafında qəzaya düşüb.

İlkin versiyaya görə qəzaya səbəb pis hava şəraiti olub. İstintaq gedir.

 

(azadliq.org)