Əhali 1 ayda 830 milyon manat əmanətini banklardan çıxardıb

pulƏhali banklardan əmanətlərini geri götürməkdə davam edir.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 04.02.2016-cı il tarixinə banklarda əhalinin əmanətləri 8 milyard 643,3 milyon manat təşkil edib. Bu, Yanvar ayının 1-i ilə müqayisədə 830 milyon 600 min manat və ya  9,6% azdır.

Dekabrda əmanətlərin məbləği, dollarda olan vəsaitlərin yeni məzənnə ilə hesablanması nəticəsində artmış kimi görünürdü. Əslində real rtım olmamışdı.

Qeyd edək ki, əhali devalvasiya və bankların lisenziyalarının ləğv olunmasından sonra banklardan əmanətlərini çıxartmağa başlayıblar.

Əhalinin əmanətləri

Tarix mln. AZN
04.02.2016 8643,3
01.01.2016 9473,9
01.12.2015 7089,5
01.11.2015 7172.9
01.10.2015 7311.8
01.09.2015 7320.3
01.08.2015 7605.1
01.07.2015 7653.6
01.06.2015 7601.1
01.05.2015 7717.2
01.04.2015 7781.6
01.03.2015 7932.7
01.02.2015 7121.3
01.01.2015 7188.3