simali-koreya-raketi

Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edilir 

simali-koreya-raketiBMT-nin təhlükəsizlik şurası Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların genişləndirilməsini nəzərdə tutan qətnamə qəbul edib.

Buna səbəb Pxenyanın son iki ayda ballistik raketləri sınaqdan keçirməsidir.

Yeni sanksiyalarda Şimali Koreyaya girib-çıxan bütün yüklərin yoxlanılması, həmçinin bu ölkəyə yüngül silahların satışının qadağan edilməsi nəzərdə tutulur.

Sanksiyalara yeni fiziki şəxslər və təşkilatlar da daxil edilib.