Dünən “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar” mükafatına layiq görülmüş aktyor Leonardo Di Kaprio heykəlciyi bayram şadyanalığı təşkil etdiyi restoranda unudub.
Sözügedən portalın operatorunun çəkdiyi kadrlardan göründüyü kimi, Leo barda təbrikləri qəbul edir. Restorana daxil olanda aktyorun əlində “Oskar” heykəlciyi olsa da, çıxarkən şampan şüşəsindən başqa heç nə olmayıb.
Di Kaprio artıq avtomobilə əyləşəndən sonra hadisənin şahidi olmuş restoran işçilərindən biri qaçaraq küçəyə çıxıb və sürücünü birtəhər başa saldıqdan sonra “Oskar” mükafatını yiyəsinə çatdıra bilib. (Virtualaz.org)