Rusiyanın Vorkuta şəhərindəki “Şimal” mədənində xilasetmə işləri başa çatdıqdan sonra daha bir partlayış baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, fevralın 25-də “Şimal” mədəninin 748 metr dərinliyində partlayış baş verib. Uçqun zamanı şaxtada 110 nəfər olub. Onlardan 80 nəfəri dağıntılar altından çıxarılıb, 4 nəfər həlak olub, 26 şaxtaçı isə itkin düşüb.
Fevralın 27-dən 28-ə keçən gecə isə mədəndə növbəti partlayış baş verib, nəticədə 5 xilasedici və 1 mədən işçisi ölüb.

Mədəndə növbəti partlayış oldu
•