Aktyor “Sağ qalmış” filmində canlandırdığı rola görə “ən yaxşı aktyor” nominasiyasında qalib gəlib.
Leonardo Di Kaprio beş dəfə “Oskar” mükafatına namizəd olub. 1994-cü ildə 19 yaşında olarkən “Qilbert Qreypi nə narahat edir?” filmində canlandırdığı rola görə “ən yaxşı köməkçi kişi aktyoru” kimi namizəd göstərilib. 2005-ci ildə “Aviator”, 2007-ci ildə “Qanlı almaz” və 2014-cü ildə “Uoll-stritdən canavar” filminə görə “Oskar”a namizəd olub.
https://www.youtube.com/watch?v=dyp_DVgT260
Müxtəlif nominasiyalar üzrə qaliblərin adlarını təqdim edirik.
Ən yaxşı aktyor – Leonardo Di Kaprio (“Sağ qalmış”)
Ən yaxşı film – “Diqqət mərkəzində”
Ən yaxşı aktrisa – Brie Larson “Otaq”
Ən yaxşı kino mahnısı – “Writing’s On The Wall” (Sam Smith, James Napier) – “Spektr”
Ən yaxşı film musiqisi – Ennio Morrikone- “İyrənc səkkizlik”
Ən yaxşı xarici dilli film- “Şaulun oğlu” – Macarıstan
Ən yaxşı qısa film – “Stutter”
Ən yaxşı ssenari – “Diqqət mərkəzində”
Ən yaxşı adaptasiya olunmuş ssenari – “The Big Short”
İkinci planda ən yaxşı aktrisa – Alisiya Vikander, “Danimarkalı qız”
Ən yaxşı kostyum dizaynı – “Ağılsız Maks: Qəzəb yolu”
Ən yaxşı tərtibat — “Ağılsız Maks: Qəzəb yolu”
Ən yaxşı makiyaj və saç — “Ağılsız Maks: Qəzəb yolu”
Ən yaxşı sinematoqrafiya işi – “The Revenant, Emmanuel Lubezki”
Ən yaxşı layihə dizaynı – “Ağılsız Maks: Qəzəb yolu”, Marqaret Siksel
Ən yaxşı səs işi – “Ağılsız Maks: Qəzəb yolu”
Ən yaxşı səs montajı – “Ağılsız Maks: Qəzəb yolu”
Ən yaxşı vizual effektlər – “Maşından”
Ən yaxşı qısa animasiya filmi – “Ayı nağılı”
Ən yaxşı tammetrajlı animasiya filmi – “Tapmaca”
İkinci planda ən yaxşı aktyor – Mark Raylens, “Bridge Of Spies”
Ən yaxşı qısa sənədli film – “Çayda qız: Bağışlanmağın qiyməti”
Ən yaxşı tammetrajı sənədli film – “Emi” (Asif Kapadia)
Ən yaxşı rejissor – “Sağ qalmış”, Alexandro Qonsales İnyarritto