Kiprdə iki azərbaycanlı tələbə avtomobil qəzasında həlak olub

qezaŞimali Kiprdə dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib.

Bu barədə “Kıbrıs Postası” qəzeti xəbər verib.

Məlumata görə, qəza nəticəsində Nicat Hacızadə və Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində keçiniblər.

Qəza nəticəsində digər azərbaycanlı tələbə – Anar Süleymanlı xəsarət alıb. A.Süleymanlının vəziyyətinin normal olduğu bildirilir.

 

(trend)