“Tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə prezidentlər İlham Əliyev və Həsən Ruhaninin Tehran görüşündəki razılaşmaların icrası məsələsi müzakirə olunacaq”.
Bunu APA-nın İran bürosunun sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.