Üləmalar Məclisinin yeni tərkibi də seçildi
«The Guardian»: «Ruhaniyə Qərblə daha geniş dialoq imkanı yarandı»
Ötən həftənin sonu Iranda keçirilən seçkilərin nəticələri açıqlanıb. Prezident Həsən Ruhanini dəstəkləyən mötədil qüvvələr parlament seçkilərində böyük qələbə qazanıblar. Səslərin 90 faizi sayılıb və islahpərəst “Ümid Siyahısı” parlamentdə Tehran üçün ayrılan 30 deputat yerini qazanıb.
Ən çox səs toplayan mühafizəkar namizəd Qolaməli Həddad-Adil isə 31-ci yerdə qərarlaşıb. Beləliklə də mühafizəkarlar parlamentdəki çoxuluğu itiriblər. Tehranda liderliyi islahatçı namizəd Məhəmməd-Rza Arif ələ alıb.
5 minə yaxın namizəd
Bu, Iranla Qərb ölkələri arasında imzalanmış nüvə sazişinin əldə olunmasından sonra ölkədə keçirilən ilk seçkidir.
Iran Daxili Işlər Nazirliyinin məlumatına görə, seçkidə səsvermə hüququ olan vətəndaşların 60 faizi iştirak edib.ÿ Namizədlərin sayı 4844 olub. Onların 500-ü qadınlardır. Parlamentə 290 məclis üzvü seçilməlidir. ÿIranda parlament seçkiləri hər 4 ildən bir keçirilir.
Fevralın 26-da Iranda parlament seçkiləri ilə yanaşı, ölkənin ali dini liderini seçmək hüququ olan Üləmalar Məclisinin 5-ci tərkibinə də seçkilər keçirilib.ÿ Üləmalar Məclisinin 88 üzvü var. Məclisə seçilmək üçün 150 namizəd qeydə alınıb. Bu dövlət orqanına seçkilər 8 ildən bir keçirilir.
Dini liderin xələfi…
Prezident Həsən Ruhani və keçmiş dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncani ÿbu seçkilərdə ən çox səs qazanıblar. Islamçı mühafizəkarların əsas namizədi olan Ayətullah Tağı Mesbah Yazdi isə siyahıda son yerlərdən birini tutub.
Məclis hazırkı ali dini lider 76 yaşlı ayətullah Əli Xamnei öləcəyi təqdirdə onun əvəzinə yeni şəxsi seçəcək. Ali dini liderin vəzifə müddəti 8 ildir.
Parlament seçkilərinin Tehrandakı nəticələri xüsusilə əhəmiyyətlidir. Çünki parlamentin istiqamətini, əsasən paytaxtda seçilən deputatlar təyin edir. Buna baxmayaraq, paytaxtdan kənarda islahatpərəst namizədlərin nəticələri o qədər yaxşı olmayıb.
Parlament və Üləmalar Məclisinə seçkilərdə çox böyük seçici fəallığı qeydə alınıb. Seçki məntəqələrinin qarşısında növbələrin yaranmasına görə səsvermə müddəti 3 dəfə uzadılıb. Seçkilərin ikinci turu isə bəzi regionlarda aprel ayında keçiriləcək.
Təhlilçilər nə deyir?
Islahatpərəst şərhçi Said Leylaz seçkinin nəticələrini böyük qələbə kimi qiymətləndirib: “Bu, prezident Ruhani üçün yaxşı xəbərdir. Indi bizim çox rasional, daha az fraksiyalanmış və daha çox ekspert və texnokrat tərkibli parlamentimiz olacaq”.
Tehran Universitetindən professor Fuad Izədinin fikrincə, bu seçkilərdə mötədillərin və islahatyönlülərin qələbəsini prezident Ruhaninin Qərblə imzaladığı nüvə sazişi təmin edib.
Təhlilçilər Tehran üzrə nəticənin gözlənildiyindən xeyli yaxşı olduğunu bildirirlər. Lakin qalan yerlərdə vəziyyət tam bəlli deyil. Yekun nəticələr bazar ertəsi elan ediləcək.
Tehranda islahatyönlü düşərgənin bir çox parlaq nümayəndələri mandat qazanıblar. Onların arasında “Etemad” qəzetinin redaktoru Eliyas Həzrəti də var. Onun fikrincə, yeni parlament Iran tarixində təkrarsız məclis olacaq.
Ekspertlər Şurasına gəlincə isə, builki seçki həm də ona görə əhəmiyyətlidir ki, üləmalar 76 yaşlı ali rəhbər Xamneyinin xələfini seçməli ola bilərlər. Onun yerini tutacaq şəxs şuraya təzəcə seçilmiş namizədlərdən də biri ola bilər.
“The Guardian” seçkidən yazdı
BBC “The Guardian”a istinadən xəbər verir ki, Iranda keçirilmiş seçkilər ölkənin mötədil prezidenti Ruhaniyə Qərblə daha geniş dialoq imkanı yaradacaq: “Seçkilərin ilkin nəticələri prezident Ruhani tərəfdarlarının ciddi uğur qazandığını göstərir. Parlament və Ekspertlər Şurasına seçkilərdə iştirak o qədər yüksək olub ki, səsvermə müddətini bir neçə saat artırmaq lazım gəlib. Ekspertlər hələ seçkidən əvvəl yüksək iştirakın islahatpərəstlərin xeyrinə olacağını söyləyirdilər. Ilkin məlumatlara görə, prezident Ruhaninin əsas müttəfiqi ayətullah Əli Əkbər Haşemi Rəfsəncani Üləmalar Şurasına Tehran üzrə seçkidə liderlik edib. Daxili Işlər Nazirliyi bildirib ki, 55 milyon səsin artıq 33 milyonu sayılıb, lakin yekun nəticələr yalnız bazar ertəsi bəlli olacaq. Seçicilərin iştirakı proqnozlaşdırıldığı kimi 70 yox, 60 faiz olub. Parlamentə seçkilərin ilkin nəticələri göstərir ki, 290 yerlik Milli Məclisdə rəqabət aparan iki düşərgədən heç biri həlledici çoxluğa malik olmayacaq.
Lakin bu, hər halda 2004-cü ildən bəri islahatpərəstlər üçün ən böyük uğur sayıla bilər.
“Fars”, “Mehr”, habelə “Associated Press” agentliklərinin məlumatlarına görə, seçkilərdə ən böyük uğursuzluqla sərt xətti-hərəkət tərəfdarları üzləşib. Iranın dünyanın 6 gücü ilə bağladığı nüvə sazilşindən sonra ilk dəfədir ki, keçirilən bu seçki üçün islahatpərəstlərin xeyli hissəsinin namizədliyi qeydə alınmamışdı. Bu seçki həm də texniki baxımdam prezident Ruhaniyə lazım idi. Çünki o gələn il ikinci müddətə prezident seçilmək üçün mübarizə aparacaq.
Nə qələbə, nə məğlubiyyət
Tehran Universitetindən Sadeq Zibakəlam deyib ki, mötədillər və islahatpərəstlər parlament yerlərinin ən azı üçdə birinə sahib olacaqlar: “Biz deyə bilmərik ki, ultramühafizəkarlar məğlub olublar. Lakin mühafizəkarlar da deyə bilməzlər ki, onlar uğur qazanıblar”.
Iranda ziddiyyətli 2009-cu il prezident seçkisindən sonra keçirilmiş parlament seçkiləri islahatçılar tərəfindən “boykot” edilmişdi. Həmin il prezident seçkisində nəticələr prezident Mahmud Əhmədinecadın xeyrinə saxtalaşdırılmışdı. Onun rəqibləri, yaşıl hərəkatdan Mir Hüseyn Musəvi və Mehdi Kərrubi hələ də ev dustağıdırlar.
“Fars” və “Təsnim” agentlikləri qaliblərin ilkin siyahılarını dərc ediblər və burada adların əksəriyyətinin mühafizəkarlara məxsus olduğu görünür. Fars agentliyi isə Üləmalar Şurasına seçki qaliblərindən 30 nəfərinin adlarını dərc edib və onların da əksəriyyəti mühafizəkarlardır. Lakin bu agentliklərin hamısı mühafizaəkaryönlü hesab edilir.
Parlamentin formalaşması üçün hələ bir qədər də gözləmək lazım gələcək. Bu seçkidən əvvəl bir çox müstəqillərin və mötədillərin namizədlikləri təsdiq edilməyib.
Bundan başqa mühafizəkarların öz arasındakı mövqelər də hələlik tam aydın deyil. Belə ki, onlardan bəziləri prezident Ruhanini dəstəkləyirlər.
Şərhçi Səid Laylazın fikrincə, yeni parlamentin tərkibi onun prezidentlə qarşıdurmasını xeyli zəiflədəcək”.