Bakıda bəzi ümumtəhsil məktəbləri birləşdiriləcək. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Xəzər TV-yə məlumat verib.
Onun sözlərinə görə, bu yolla şagird kontingenti baxımından korluq çəkən məktəblərin problemi aradan qaldırılacaq.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri deyib ki, rasionallaşdırılan bəzi məktəblərin yerində lisey-gimnaziyalar yaradılacaq. Onun sözlərinə görə, dağlıq zonalarda da rasionallaşdırmaya ehtiyac var.
Məhəbbət Vəliyeva bir müddətdir yuxarı sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunması məsələsinə də münasibət bildirib: “Şəxsiyyət vəsiqəsini təqdim edən IX və XI sinif şagirdləri üçün elektron fərdi məlumat bazası yaradılır. Bu bazaya şagirdin məkətəbəqədər təhsildən tutmuş, ailə vəziyyətinə qədər bütün məlumatlar yerləşdirilir. “Şagird-Məzun” sisteminin həyata keçirilməsi üçün bu, vacib hesab olunur”.