Türkiyəli jurnalistlər demokratiya qorumasında: qoruyurlar, qorunurlar

xaliq-bahadirXaliq Bahadır

Türkiyəli qəzetçilər Can Dündarla Ərdəm Gül 92 günlük tutuqluqdan qurtuldular. Onlarla bağlı baş verənləri izləyənlər üçün sevindirici soraqdır. Can Dündar “Cümhuriyyət” qəzetinin baş yönətməni (bizdə baş redaktor) Ərdal Gül qəzetin Anqara görəvlisidir. Onlar “casusluqda” suçlanırdılar. “Casusluq”nə idi? Ərdoğanın “yox” dediyi yaraqlarla bağlı onlar qəzetdə “var” bilgisi yayaraq Türkiyədən Suriyaya yaraq ötürüldüyünü yazmışdılar. Bununla da onlarla bağlı öncə soruşdurma başladılmış, sonra tutuqlama qərarı verilmişdi.

Qəzetdə verilmiş bilgi ilə bağlı Ərdoğan çox sərt təpki göstərmişdi: “Bu casusluq fəaliyətinin içinə o qəzet də girib (”Cümhuriyət” qəzeti). Xəbəri yayan bədəlini ödəyəcək”, demişdi. Sözügedən “bədəl” ödəməsi, yuxarıda göstərildiyi kimi, Can dündarla Ərdəm Gülün tutuqlanması ilə sonuclanmışdı.

Qısaca bilgi: Ərdoğan hökuməti MIT-in tırlarla Suriyaya yaraq ötürdüyünü yalanlamağa çalışırkən “Cümhuriyət” bunu doğrulamağa çalışmışdı. Bundan sonra Ərtdoğandan gələn mesacla Can Dündarla Ərdəm Gül tutuqlanmışdı. Bugünlərdə Türkiyə Ana Yasa Yarqısının (yarqı – məhkəmə) qərarı ilə onların tutuqlanmalarına son verildi. Demokratik dəyərlər baxımından burası olduqca önəmli bir görsənişdir: hakimiyətin bölünməsi prinsipinə uyğun olaraq üçüncü hakimiyət (yarqı) öz işini gördü – HÜQUQUN ÜSTÜNLÜYÜ prinsipinin nə demək olduğunu, eləcə də necə önəmli olduğunu sərgilədi! Bununla da Ana Yasa Yarqısı, Can Dündarla Ərdəm Gülün, eləcə də bir sıra başqalrının dediyi kimi, yurddaşlarda Türkiyə dövlətinə güvəni artırdı, hüququn üstünlüyü prinsipinin doğrulanmasında, gərəkliliyində önəmli örnək oldu. Ərdəm Gülün xanımı Ana Yasa Yarqısının qərarından doğan bu sevindirici görsənişi jurnalistlərə, yurddaşlara bir mesaj olaraq dəyərləndirdi: “Düşünün, düşündüyünüzü dilə gətirməkdən qorxmayın”. Çox doğru yansıtmadır.

Ana Yasa Yarqısının indiki qərarını iki baxımdan yanaşmaqla, prezident Ərdoğan üçün uğurlu da saymaq olar, uğursuz da. Uğur – prezident olaraq Ərdoğanın ən azı indilikdə demokratik hüquq dövləti prinsipinə qarşı çıxmadığının görsənişidir. Uğursuzluq – Ərdoğanın başlanğıcdan demokratik dəyərlərə sayğısızlıq sərgiləməsindədir. Hər necə olur olsun qəzetçi özünün professional borcunu yerinə yetirərək xalqa gərəkən bilgini verməyə çalışmış, Ərdoğansa “bədəl ödəmə” təpkisiylə kəsinliklə jurnalistin (jurnalistlərin) soruşdurmaya çəkilib tutuqlanmasına nədən olmuşdu.

Yaxşı istəkdənmi, yaman istəkdənmi olduğunu bir qırağa qoymaqla biz sözügedən qəzetçiləri ortadakı konkret fakt baxımından qınaya bilmərik. Onlar, bir daha demək gərəkir: xalq-oxucu qarşısında qəzetçi borcunu yerinə yetiriblər. Bəs Ərdoğan? Ərdoğan demokratik dəyərləri unutmaq bir yana, Yerdən Uzayadək (uzay – kosmos) bütün gizlinlərə açıqlıq gətirən texnoloji yetənəkləri gözardı etməklə bəlli bir gerçəyi yalanlamağa çalışıb. Bununla da uduzan o, qazanan qəzetçi jurnalistlər oldu. Jurnalistlər doğruçu, prezident doğruçu olmayan kimi…

Burasını ayrıca vurğulamaq gərəkir: Dündarla Gülün vəkilləri 2015-ci ilin 6 dekabrında Ana Yasa Yarqısına birgə başvuruda (başvuru – müraciət) bulunmuşdu. AYY-sı indiki qərarını bu başvuruya uyğun olaraq verib. Vəkillərin indiki qərara nədən olan başlıca tutalqaları bu idi: “Tutuqlama qərarı ilə insan güvənliyi, özgürlüyü, deyim özgürlüyü, hüquqları pozulmuşdur”. Beləliklə də, Ana Yasa Yarqısı vəkillərin tutalqalrına HÜQUQUN ÜSTÜNLÜYÜ baxımından yanaşmaqla ilkin yarğı qurumunun tutuqlama qərarını etkisiz duruma gətirmişdir.

Siz demokratiya yalanlarıyla Azərbaycanı açıq-açığına diktaturaya gətirib çıxarmış, rayon məhkəməsindən, apelyasiya məhkəməsindən, konstitusiya məhkəməsinədək bütün məhkəmə qurumlarını bir ailənin, ailə istəklərinin buyruq quluna, əlaltısına çevirmiş əliyevlər dövlətində  hüquqlarınızın yalnız quldurcasına pozulub tapdandığını görə bilərsiz. Bu dövlət kimlərinsə dediyi kimi, quldarlıq dövləti də deyil, sözün gerçək anlamında bütün hüquqların pozulub tapdandığı quldur dövlətidir!

Burasını da ayrıca vurğulamaq gərəkir: Dündarla Gül tutuqlu olduqları 92 günlük sürədə Türkiyənin bir çox qəzetləri, televiziya kanalları onları unutmadılar, demək olar, hər gün onlardan yazdılar, onlardan danışdılar. Bizdəki bütün televiziyalar, “Azadlıq” qəzetindən başqa bütün qəzetlər diktatura əlaltısına çevrildiklərindən gerçəyi yazmaq üstündə tutulan jurnalistlərlə bağlı bir-birindən iyrəncliklə, bir-birindən alçaqcasına qaralama kampaniyası aparırlar.

Əliyevlər Azərbaycanında tez-tez olduğu kimi, Ərdoğan da öz gizlininə “dövlət gizlini” donu geydirməklə ortaya “casusluq” suçlaması çıxarmışdı. Ərdəmli, satılmaz Türkiyə jurnalistləri oxşar vəkillərlə birgə gerçəyin, gerçəkçi düşüncənin uduzmasına yol vermədilər. Hamısını qardaşcasına alqışlayırıq!

P.S.Dündarla Gülün indiki qurtuluşunda Avropa Birliyindən, ABŞ-dan, bir çox sivil toplum qurumlarından gələn təpkilər də böyük rol oynadı. Sayğılarımızı sunuruq!