«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Sizə kimsə yardım etsə belə, öz gücünüzə güvənin. Günorta vaxtları vacib işin həllini planlaşdırmayın, çünki səhhətiniz buna imkan verməyəcək. Ehtimal ki, gəliriniz olacaq.
BUĞA
Gün bir sıra sürprizlər gətirəcək. Günün bu hadisələri xoş ötüşsə də xoşagəlməz olaylar da istisna deyil. Günün maliyyə mənzərəsi yaxşı olmayacaq.
ƏKİZLƏR
Çoxdan bəri əməkdaşlıq etdiyiniz müttəfiqlə aranızdakı münasibət daha da yaxşılaşacaq. Günün maliyyə mənzərəsi sizi sevindirəcək. Xoşbəxtlikdən pulla bağlı məsələlərdə məntiqli hərəkət edirsiniz.
XƏRÇƏNG
Günün sürprizlərinin sizə faydası olacaq. Gəlirinizin olacağı istisna deyil. Yaxınlarla münasibət səhər yaxşı olacaq, günorta çağlarında isə yaxşı olmaya bilər. Bunda sizin günahınız olmayacaq.
ŞİR
Işinizdə diqqətli olun. Çalışın vaxtınızı səmərəli keçirin. Işlə bağlı təkliflər olacaq. Bu təklifləri qəbul edin. Əks halda bu fürsətlər əlinizə düşməyəcək.
QIZ
Işə yaradıcı yanaşmaq qabiliyyətiniz var. Düzdür, səhvdən həmişə qaçmaq mümkün olmur. Ancaq onların da sizə faydası var. Bu gün yumor hissiniz xoşagəlməz situasiyadan qaçmaqda yardımçı olacaq.
TƏRƏZİ
Hamı ilə dil tapmaq asan olacaq. Yeni layihələrə başlamaq, işgüzar səfərə çıxmaq üçün münasib gündür. Çoxdan başladığınız işi tamamlamaq şansınız olacaq.
ƏQRƏB
Işinizdə problemlər yaşana bilər. Pulunuza qənaət edin, israfçılıq etməyin. Ailə-mənişət problemləri yaşanacaq. Son günlər çox yorğun təsiri bağışlayırsınız. Özünüzə bir balaca istirahət bəxş edin.
OXATAN
Sağlamlığınıza fikir verin. Ev işləri görmək, xırda təmirlə məşğul olmaq üçün münasib gündür. Yarımçıq qalmış işlərinizi tamamlayın.
OĞLAQ
Iş yerinizdə problemlər yaşanacaq. Müdiriyyətlə aranızda fikir ayrılığı da istisna deyil. Həmkarlarla münasibətinizin korlanmasına şərait yaratmayın.
DOLÇA
Qarderobunuzda dəyişikliklər edəcəksiniz. Alış-veriş üçün də münasib gündür. Buna baxmayaraq bədbin olacaqsınız. Əhatənizdəkilərin sizi anlamamasından gileylənməyin. Bir balaca da özünüzdə səhv axtarın.
BALIQLAR
Boş yerə vaxt itkisinə yol vermək olmaz. Xoşbəxtlikdən maliyyə işləriniz yaxşı olacaq. Ailə üzvlərinizin dərdi ilə yaxından tanış olun.