SOCAR Gürcüstana daha çox və daha ucuz qaz vermək istəyir

socar-logoAzərbaycan qaz nəqli ilə bağlı Gürcüstan hökumətinə yeni təkliflər verib.

Bu barədə  Gürcüstanın Neft və Qaz Korporasiyasındakı mənbə xəbər verib.

Onun sözlərinə görə, SOCAR əlavə olaraq 500 mln. kubmetr qaz nəql etməyə hazırdır. Bununla yanaşı, SOCAR nəql olunan qazın qiymətinin aşağı salmağa da razıdır.

Qeyd edək ki, hazırda SOCAR Gürcüstana gündəlik 6-6,5 mln. kubmetr həcmində qaz nəql edir.

APA