Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir. İstanbulun “Qalatasaray” klubu Romada “Latsio”nun qonağı olub. Oyun “Latsio”nun 3:1 hesablı qələbəsiylə başa çatıb. Bununla da “Qalatasaray” Avroliqada mübarizəni dayandırdı. İstanbulda keçirilən ilk oyun 1-1 bərabərliklə başa çatmışdı.
“Latsio” (İtaliya) – “Qalatasaray” (Türkiyə) – 3:1
Parolo, 59 (1:0), Anderson, 61 (2:0), Yasin Öztekin, 63 (2:1), Kloze, 72 (3:1)