AXCP fəalına ailə üzvləri ilə görüşə icazə verilmir

zeynal_bagirzadeZeynal Bağırzadə telefonla danışmaq hüququndan da məhrum edilib

AXCP fəalı Zeynal Bağırzadə barədə çıxarılan hökmdən apelyasiya şikayət verilib. Bu barədə redaksiyamıza Zeynal Bağırzadənin qardaşı, AXCP-nin Muxtar Respublika üzrə şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib.

Şikayət vermişik, lakin hələ bir xəbər yoxdur” deyən Yaşar Bağırsoy onu da əlavə edib ki, yaxınlarına Zeynal Bağırzadə ilə görüşə icazə verilmir: “Bu baxımdan vəziyyətinin necə olması barədə məlumatımız yoxdur. Hətta ailəsi ilə telefonla danışmaq hüququndan da məhrum edilib”.

Xatırladaq ki, Zeynal Bağırzadə ötən il noyabrın 16-da həbs olunub. O, Cinayət Məcəlləsinin 315.1-ci maddəsi (zorakılıq tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) ilə ittiham edilib. Ibtidai istintaqın yekunlarına görə, ittiham 315.2-ci maddəyə (hakimiyyət nümayəndəsinə həyat üçün təhlükəli olan zorakılıq tətbiq etməklə müqavimət göstərmək) tövsif olunub.

Naxçıvan Muxtar Respulikası Babək Rayon Məhkəməsi Z.Bağırzadəni 315.2-ci maddə ilə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, məhkəmə 2012-ci ildə çıxarılmış hökm üzrə şərti cəza müddətini də bunun üzərinə gəlib. Beləliklə, Zeynal Bağırzadə 8 il azadlıqdan məhrum edilib.