Avropa Liqası: “Fənərbaxça” 1/8-də

fenerbahcaBu gün Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir. Baş tutacaq oyunlarla 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

Maraqla gözlənilən oyunlardan biri də Moskvada baş tutub. Paytaxtın “Lokomotiv” klubu “Fənərbaxça”nı qəbul edib. Oyun 1-1 hesabı ilə başa çatıb. Bu hesab İstanbul klubunu 1/8  mərhələyə daşıdı. İlk oyunda “Fənərbaxça” 2-0 qalib gəlmişdi.

 

“Lokomotiv” (Moskva, Rusiya) – “Fənərbaxça” (Türkiyə) – 1:1
Qollar: Aleksandr Səmədov, 44(1:0), Mehmet Topal, 83 (1:1)