Amerika neft bazarını çökdürəcək

neftAmerika neft hasilatının həcminin ötən aykı səviyyəyə qədər dondurulmasına ehtiyac görmür. Fins.az xəbər verir ki, bunu ABŞ-ın iqtisadiyyat naziri Ernest Moniz deyib. O, bu barədə Venesuelanın neft hasilatının dondurulması təşəbbüsünü qoşulmaq təklifinin cavabında bildirib.

Nazirin sözlərinə görə, hazırda neft bazarında hasilatın dondurulmasının heç bir əhəmiyyəti yoxdur: “Hasilatın dondurulması ilə bağlı ABŞ-da heç bir hüquqi mexanizm yoxdur. Ölkə isə bu məsələni OPEK üzvləri ilə müzakirə etməyə hazır deyil”.

Bununla yanaşı, Amerika tərəfi hesab edir ki, bazar özü-özünü tənzimləməlidir.

Fevralın 23-də İran faktiki olaraq hasilatı azaltmaqdan imtina edib. Son nəticədə dünya bazarında neftin 1 barrelinin qiyməti 6% ucuzlaşaraq 32 dollara düşüb. Venesuelanın təşəbbüsünü dəstəkləyən Səudiyyə Ərəbistanı isə bəyan edib ki, hasilatın dondurulması yüksək keyfiyyətli neftin həcminin azalması demək deyil.

Fevralın 16-da isə Rusiya və OPEK-in digər digər üzvü Qətər də hasilatı dondurmaq təşəbbüsünə qoşulub. Bundan başqa, İraq, Küveyt və Nigariya da bir qədər sonra hasilatı dondurmağa razılaşıblar.