SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar ayında 647 min ton neft hasil edib ki, bu da ötən ilin yanvar ayının göstəricisindən 9,2% azdır. Bu barədə şirkətdən məlumat verilib.
Ümumilikdə, ötən ay Azərbaycan üzrə 3 mln. 518,2 min ton neft hasil edilib (azalma 4,1%).
Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR tərəfindən 8 mln. 160,5 min ton neft hasil edilib. Ümumilikdə ölkə üzrə 41 mln. 689 min ton neft hasil olunub.
2016-cı ildə Azərbaycan hökuməti neft hasilatını 40 mln. 744,9 min ton səviyyəsində proqnozlaşdırır.
QAZ HASİLATINI TƏXMİNƏN 5% AZALDIB
SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar ayında 543,1 mln. kubmetr qaz hasil edib ki, bu da 2015-ci ilin yanvar ayının göstəricisindən 4,8% azdır.
Ümumilikdə 2016-cı ilin yanvar ayında Azərbaycan üzrə qaz hasilatının həcmi 2 mlrd. 520 mln. kubmetr təşkil edib (artım 0,9%).
Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR 6 mlrd. 871,4 mln. kubmetr qaz hasil edib. Azərbaycan üzrə isə qaz hasilatının həcmi 29 mlrd. 742,7 mln. kubmetr təşkil edib.
Cari ildə Azərbaycan hökuməti qaz hasilatını 29 mlrd. 345 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan”