63 yaşlı Gəncə sakini intihar etdi

meyitGəncədə intihar hadisəsi baş verib.

Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, şəhər sakini, 1953-cü il təvəllüdlü Müseyib Babacanov yaşadığı evdə intihar etmək məqsədilə sirkə turşusu içib. Nəticədə ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Babacanov orada dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (APA)