Bakıda tikintidə daha bir ölüm

olumBakının Nərimanov rayonunda ölümlə nəticələnən hadisə baş verib. Report.az xəbər verir ki, F.X.Xoyski küçəsində yerləşən türk liseyinin həyətindən Tərtər rayon sakini, 34 yaşlı Mobil Məmmədov naməlum səbəblərə görə kəllə-beyin travması ilə xəstəxanaya aparılıb. O, xəstəxanada dünyasını dəyişib.

Litseyin ictimaiyyətlə əlaqələr şöbəsindən isə Lent.az-a bildirilib ki, ölüm hadisəsi litseyin həyətində yox, qonşuluqdakı tikinti sahəsində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.