Bakıda daha bir nəfər özünü yandırdı

yandiranBakı sakini özünü yandırıb. Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Respublika Yanıq Mərkəzindən qəsəbənin  1983-cü il təvəllüdlü sakini Ceyhun Abdulla oğlu Abdullayev ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən 33 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Suraxanı Rayon Polis İdarəsindən hazırda hadisənin başvermə səbəblərinin araşdırıldığını bildirdilər.

(ans)