40000 ədəd qanunsuz siqaret aşkar edildi FOTO

Dövlət Gömrük Komitəsinin əməkdaşları üzərində aksiz markası olmayan minlərlə siqaretin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan  məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit” markalı   20 DR 224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib. Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40000 ədəd  siqaret aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq yolu ilə gətirilən siqaret

Qaçaqmalçılıq yolu ilə gətirilən siqaret

Ötən gün isə Tovuz Gömrük İdarəsinin əməkdaşları 3 fakt üzrə 23 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin  qarşısını alıb.

Qazax rayon sakini Şirinov Mahmud Sayad oğlunun idarə etdiyi 10 BJ 636 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik avtomobilinin ehtiyat təkərinin içərisində düzəldilən xüsusi saxlanc yerindən üzərində aksiz markası olmayan 3200 ədəd siqaret aşkar edilib.

Siqaretin bir hissəsi minik avtomobilinin ehtiyat təkərinin içərisində düzəldilən saxlanc yerində aşkar edilib.

Azərbaycan Respublikası vətəndaşı, 37 yaşlı İsgəndərov Rəfail Həsən oğlunun idarə etdiyi “Mersedes”  markalı 90 EM 488 dövlət nömrə nişanlı minik avtomobilinin ehtiyat təkərinin içərisində eyni üsulla düzəldilən saxlanc yerindən isə üzərində aksiz markası olmayan 3800 ədəd siqaret aşkar olunub.

Gəncə şəhər sakini Məmmədov Etibar  Xeyrəddin oğlu isə üzərində aksiz markası olmayan siqareti gömrük sərhədindən   idarə etdiyi avtomobilin mühərrik yerində keçirmək istəyib. Gömrükçülər onun idarə etdiyi 20 CS 332 dövlət nömrə nişanlı “Daymler Chrysler” markalı avtomobilə skaner vasitəsilə baxış keçirən zaman 16 000 ədəd siqaret aşkar edib.

Hər üç faktla bağlı araşdırma aparılır.

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlər