“Qardaş ölkə və viza”

Abdullah KarakuşTürkiyənin “Milliyət” qəzetinin köşə yazarı Abdullah Karakuş Azərbaycanın türk vətəndaşlara viza tətbiq etməsindən yazıb. Yazar viza tətbiqinin qardaşlıq münasibətlərinə yaraşmadığını, iki ölkə arasındakı münasibətlərə kölgə saldığını vurğulayıb:

“İki dövlət, bir millət” şüar ilə iki ölkə arasında isti qardaşlıq münasibətlərindən danşıdığımız vaxtda,  Azərbaycan normal pasport daşıyan Türklərə viza tətbiqini davam etdirir.

Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətini  bilməyən yoxdur. Hər görüşdə  “iki dövlət, bir millət” deyilir.

Azərilər,  ölkələrinə  gələn türkləri  “qardaşlar, xoş gəlmisiniz” deyə  qarşılayar, türkiyə üçün isə “özümüz, sözümüz, mədəniyyətimiz bir” vurğulayarlar.

Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin qədim tarixi var.  Xaricdə ən çox türk şəhəidliyinin olduğu ölkə Azərbaycandır.

Azərbaycanda 9  türk şəhidliyi var. Təxminən,  1500 türk şəhidin Azərbaycan torpaqlarında uyuduğu bildirilir.

İki ölkənin birliyinə  “Çırpınırdı Qara dəniz” adlı musiqi də yazılıb. Amma iki ölkənin qardaşlığına yaraşmayan viza tətbiqi hələ də  davam edir.  Bunun səbəbini soruşduqda isə dəqiq bir cavab ala bilmirik.

Dünyada bir çox ölkəyə türklər  vizasız, rahatlıqla girdiyi halda, Azərbaycan hələ də  viza tələbindən imtina etmir.