Abu Dabinin ən böyük bankı NBAD PJSC “Qlobal Sərmayə Görünüşü” hesabatında, WTI neftin 2016-cı ildə 20 dollara yaxınlaşa biləcəyi qeyd edilib.
“National Bank of Abu Dhabi PJSC”-nin (NBAD) Bazar günkü “Qlobal Sərmayə Görünüşü 2016” hesabatında ABŞ neftinin (WTI) qiymətinin bu ilin qalan dövründə 25-45 dollar aralığında dalğalana biləcəyi, yenə də 20 dollar səviyyəsinə doğru sərt bir eniş ola biləcəyi qeyd edilib. Hesabatda 25 dollar və 45 dollar aralığının alt sərhədindəki qiymətlərin tələb artımını dəstəkləyəcəyi məlumatı vurğulanıb.
Hesabatda NBAD analitiklərinin, “Gələcək bir neçə il ərzində neft qiymətlərinin qeyd edilən aralıqda dalğalanacağına dair təməl səbəblər var. İstehsalçılar forward kontraktları vasitəsilə bu il, ötən illərlə müqayisədə daha az neft satıblar” ifadəsi verilib.
Birləşmiş Ərəb Əmrliklərinin (BAE) paytaxtı Abu Dabi qlobal neft ehtiyatının 6%-nə malikdir. NBAD-ə görə regional neft ixracatçılarının hamısı, bu il həm büdcə kəsri, həm də cari kəsir verəcəklər. WTI neftinin qiymətləri ötən il 40% ucuzlaşmışdır.
(marja)