Ankaradakı terrora görə 14 nəfər həbs olunub

ankara-terrorTürkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsi ilə bağlı aparılan istintaq çərçivəsində 14 nəfər həbs olunub. Türkiyə KİV-in yaydığı xəbərə görə, hadisədən dərhal sonra keçirilən əməliyyat zamanı 21 nəfər saxlanılıb. Sonradan onlardan 7-si azadlığa buraxılıb, 14 nəfər barəsində isə həbs qərarı verilib.

Həbs olunanlar terror təşkilatına kömək etməkdə, rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinirlər.

Ankarada fevralın 17-də baş verən terrorda 28 nəfər həlak olub.