Fevralın 21-də Bakının mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Parlament prospekti, 501-ci məhəllədə, 20 nömrəli məktəbin yaxınlığında səki ilə piyada hərəkət edən 2 qadının üstünə hündürlükdən dəmir boru düşüb. Dəmir boru başına düşən 1945-ci il təvəllüdlü Teyyubova Rühəngiz Məhəmməd qızı hadisə yerindəcə keçinib. 1939-cu il təvəllüdlü Əmirova Roza Məhəmməd qızı isə xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=BjqCLNk9N08
(Lent.az)