“Dualarımız qardaş Türkiyə ilədir!”

akarimli-yeni5AXCP sədri Əli Kərimli Ankarada fevralın 17-də törədilən və çoxsaylı tələfatla nəticələnən terroru pisləyib. AXCP lideri feysbuk səhifəsində kədərini ifadə edərək, Türkiyənin bu ağır sınaqdan üzüağ çıxacağına inamını bildirib.

“Fitnəkar qüvvələr açıq-aşkar Türkiyədə sabitlyi pozmağı, ölkəni qan gölünə çevirməyi hədəfləyiblər. İnanıram ki, qardaş ölkə dövləti, milləti və ordusu ilə birlikdə bütün bu sınaqlardan üzüağ çıxacaq, ərazi bütövlüyünü və demokratiyasını da qoruyub saxlayacaq. Bu çətin sınaq zamanlarında dualarımız qardaş Türkiyə ilədir!”, deyə Əli Kərimli yazıb.