Bu il Azərbaycanda neft və kondensat hasilatının həcmi hökumətin proqnozundan az olacaq.
Caspian Barrel Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, 2016-cı il üçün hökumətin proqnozu 40,7 mln ton olub. 2015-ci ildə ölkədə 46,9 mln ton neft və kondensat hasil edilib.
Caspian Barrel analitikləri hesab edir ki, bu il AÇG layihəsi çərçivəsində hasilat 1 mln ton azalacaq. 2014-cü ildə bu bloksda hasilatın azalması 700 min ton, ötən il 500 min ton olub.
Bu il SOCAR-ın hasilatının 500 min ton azalacağı gözlənilir. Bu, “Günəşli” yatağının №10 özülündə yanğınla bağlıdır.
Nəticədə ölkə üzrə neft hasilatı 40,2 mln tona düşəcək.
(contact)