Azərbaycan böyük borc almağa hazırlaşır

dollarAzərbaycan hökuməti 2016-cı il üçün daxili və xarici borc limitlərinə yenidən baxır. Bu barədə parlamentdən məlumat verilib.

Parlamentə təqdim edilmiş 2016-cı il dövlət büdcəsinə düzəlişlərə əsasən, cari ildə daxili borc limitini 3,5 mlrd. manata (artım 40%), xarici borc limitini 5 mlrd. manata (artım 3,3 dəfə) qədər artırmaq təklif edilir.

Mənbə:”İnterfaks-Azərbaycan”