
Şəhərin vizit kartı. Dnepropetrovskun şərq girişindəki rəmz. İctimai fəalların təşəbbüsü ilə onun üzərindəki portret dəyişdirilib. Lenin “olub” Stepan Bandera – Sovetlərə qarşı mübarizə aparmış Ukrayna millətçisi.

Bu isə tələbələrin “əl işidir”. Onlar mərkəzi prospektdəki lövhəni dəyişdiriblər. Karl Marks prospekti “olub” Con Qolt prospekti. Con Qolt Amerika yazıçısı Ayn Rendin romanında obrazdır.

Vağzalın yanında 40 il “yaşamış” bolşevik Qriqori Petrovskinin heykəlinin demontajı da “dekommunizasiya aktı”dır. İndi meydanın yenidən qurulması üçün müsabiqə elan edilib.

Demontaj siyahısında müəssisələrin ərazisindəki Lenin, Kirov, Kalinin, Orconikidze, Marks, Engelsin heykəlləri də var. Eləcə də onlarla xatirə lövhəsi.

Bu isə Ukraynaya rəhbərlik etmiş kommunist Vladimir Şerbitskiyə aid lövhədir.



Baş Poçt İdarəsinin binası üzərindəki bu lövhə 1917-ci ildə bolşeviklərin üsyançılara divan tutmasından sonra quraşdırılıb. Poçt idarəsinə tapşırılıb ki, demontaj zamanı binaya heç bir ziyan dəyməsin.


Объект на здании гостиницы “Астория” тоже не подлежит демонтажу.

Bu lövhələr də siyahıya düşməyib. Onlar nisbətən “cavandır”. Sovet lideri Leonid Brejnev və bolşevik Vladimir Şerbitskiyə aid bu xatirə lövhələri vilayət icra hakimiyyəti yaxınlığında bir neçə il əvvəl peyda olub.






