MTN-nin təcridxana rəisi dəyişdi

medet quliyev

Mayor Zaur Məmmədov ötən həftə işdən azad edilib

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasına yeni rəis təyin edilib.

Fəqan Yaqubov istintaq təcridxanasının rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, F.Yaqubov buna qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyib.

**

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının rəisi işdən çıxarılıb. Təcridxananın rəisi, mayor Zaur Məmmədov ötən həftə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı.

Penitensiar Xidmətin rəisi Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nin rəisi təyin edilib. (lent.az)

***

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev qurumun Əməliyyat-Texniki İdarəsinə yeni rəis təyinatı ilə bağlı əmr imzalayıb.

Bu vəzifəyə İlqar Musayev gətirilib.

İ. Musayev bu təyinata qədər Xüsusi Dövlət Mühafizə Xidmətində şöbə rəisi müavini vəzivəsində çalışıb.

Məlumat üçün bildirək ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-Texniki İdarəsinin rəisi general-mayor Natəvan Mirvətova olub. (aznews.az)