abd-kongres

Daha iki konqresmen hakimiyyətə qarşı sanksiyalar layihəsinə qoşulub

KonqresABŞ Helsinki Komissiyasının sədri, nüfuzlu konqresmen Kristofer Smitin Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara dair Konqresə təqdim etdiyi qanun layihəsinə onun daha iki həmkarı qoşulub.

ANS-in verdiyi məlumata göə, bunlar Nyu-York ştatından olan demokrat konqresmen Luiza Sloter və Nevada ştatından olan Co Hekdir.

“Azərbaycan demokratiya aktı” adlı qanun layihəsi 2015-ci ilin sonunda irəli sürülüb. Qanun layihəsi Azərbaycanda insan haqlarının pozulmasına görə prezident və baş nazir də daxil olmaqla, hökumətin ən yüksək səviyyədə cəzalandırılmasını nəzərdə tutur.

Luiza Sloter
Co Hek