rauf-mirqedirov

Rauf Mirqədirovun məhkəməsi fevralın 18-də olacaq

rauf-mirqedirovHəbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə jurnalistin vəkili Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 18-i saat 15:00-a təyin edilib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib. (virtualaz.org)