Türkiyə bir gündə 9 şəhid verdi

turkiyeTürkiyənin ayrı-ayrı bölgələrində PKK-ya qarşı həyata keçirilən əməliyyatlar zamanı 9 hərbiçi şəhid olub. Onlardan biri fevralın 1-də Şırnakın Idil qəsəbəsində terrorçuların xain tələsinə tuş gələn polis Tayfun Ucadır.

Həmin gün Diyarbakırın Sur qəsəbəsində yaralanan çavuş Həsən Talay da həkimlərin səylərinə baxmayaraq, həyatını itirib. Cizrədəki qarşıdurmalarda isə polis Osman Yurd və Ər Vedat Dolançay  şəhid olub. Qarşıdurmada 2 əsgər və 1 polis əməkdaşı yaralanıb.

Şırnakın Uludərə qəsəbəsində 3 polis məmuru PKK-nın qurduğu xain tələnin qurbanı olub. Əhməd Artdı, Diyar Oslun şəhid olub, Abdulkərim Oslun yaralanıb.

Şırnak terroru bununla bitməyib. Gecə saatlarında raket hücumu zamanı polis Mehmet Güngördü şəhid olub, 1 polis yaralanıb.

Idildə isə PKK-çıların hücumu nəticəsində əsgər Arif Subaşoğlu şəhid olub, 1-i kapitan, 2 -si çavuş olmaqla 3 hərbiçi yaralanıb.

Daha bir acı xəbər gecə yarısı Diyarbakırın Sur qəsəbəsindən gəlib. Terrorçuların hücumu zamanı yaralanan kapitan Fatih Yaşar dünən xəstəxanada vəfat edib.

Aydın Taş, Ankara