Müxalifətçi Putini məhkəməyə verib

navalniyRusiyalı siyasətçi Aleksey Navalnı prezident Vladimir Putini məhkəməyə verib. O Putini korrupsiyaya qarşı federal qanunu pozmaqda ittiham edir. Bu barədə müxalifətçi özünün bloqunda yazır. Navalnının sözlərinə görə, Putin 2015-ci ilin oktyabrında milli rifah fondundan “Sibir” neft-kimya holdinqinə 1 milyard 750 milyon dollar ayırıb.

Məlumatlara görə, bu holdinqin səhmdarlarından biri Putinin qızı olduğu güman edilən Katerina Tixinovanın həyat yoldaşı Kiril Şamanovdur.