“Fəxri adlar pulla və daydayla verilir”

nadir qafarzadeTanınmış müğənni Nadir Qafarzadə sosial şəbəkədə fəxri adlarla bağlı ilginc fikirlər paylaşıb.

Sənətçi fəxri adların tapşırıqla və pulla verildiyini iddia edib:

“İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələrə də “yaxşı sənətkardır” deyirlər. Axı onlar da sənətlə məşğuldur. Adi tamaşaçı bilməsə də, biz bilirik ki, xalq və əməkdar artistləri kimlərdir, Necə alıblar… Kimin daydayısı, arxası, tapşıranı var…70 faizi belədir”.

Qeyd edək ki, sənət adamlarına fəxri adlar Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı əsasında Prezident İlham Əliyev tərəfindən verilir. (Ölkə.Az)