Neftin əhəmiyyəti azalır

xam neftYaxın 20 ildə energetikada bərpa olunan enerji daşıyıcılarının və təbii qazın payı artacaq. Bunu BP-nin baş iqtisadçısı Spenser Deyl Financial Times qəzetindəki məqaləsində qeyd edib. Onun sözlərinə görə, kömür istehlakı azalacaq, neftə tələbatın artmasına isə avtomobillərin artması yardım edə bilər.

Deylin sözlərinə görə, yaxın on ildə enerji daşıyıcılarına olan tələbat əhəmiyyətli dərəcədə artacaq. Asiya ölkələrinin hesabına qlobal iqtisadiyyatın genişlənməsi enerjiyə tələbatı artıracaq.

Neft bazarına gəldikdə, Deyl təklifin azalması fonunda tələbatın artacağını gözləyir. Onun sözlərinə görə, ABŞ-da şist neftinin hasilatı ötən il pik həddinə çatdı və bir il ərzində azalmağa doğru gedəcək.

azadlıq.info