“Qətlləri Yanukoviç təşkil edib”

ukr prokuror shokin“2014-cü ilin fevfralında “Maydan”dakı qətillərin təşkilinə görə keçmiş prezident Viktor Yanukoviç cavabdehlik daşıyır”.

Bunu Ukraynanın baş prokuroru Viktor Şokin yanvarın 7-də “İnter” televiziyasına müsahibəsində deyib.O artıq işlə bağlı istintaqın yekunlaşdırıldığını bildirib.

Baş prokuror ümid edir ki, Ukraynanın şərqindəki münaqişə bitdikdən sonra yəqin ki, Yanukoviç məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, 2013-cü il noyabrın 21-də “Maydan” da başlayan etirazlar sonda Yanukoviçin ölkədən qaçması ilə nəticələndi.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb. (azadliq.org)