Davudoğlu və Merkel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

davudoglu-merkelAnkarada Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Almaniyanın federal fansleri Angela Merkelin görüşündə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

“Anadolu” agentliyi xəbər verir ki, görüşün yekunları üzrə birgə mətbuat konfransında çıxış edən Ə.Davudoğlunun sözlərinə görə, regionda sabitlik Türkiyə üçün olduqca vacib məsələlərdən biridir.

Tərəflər Suriya böhranı və problemin nizamlanması yollarını da müzakirə ediblər.

Qeyd edək ki, A.Merkel Türkiyədə rəsmi səfərdədir.