Bakının mərkəzində ağır qəza: ölən var

qeza polisHadisə “Nərimanov” metrostansiyası yaxınlığında baş verib

Bu gecə Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində “Hyundai” markalı minik avtomobili 73 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.