Qeyd edək ki, xəbəri ilk dəfə “Azadlıq” yazmışdı
Qaradağ Rayon Prokurorluğundan Modern.az saytına verilən məlumata görə, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən 1975-ci il təvəllüdlü İbrahimov Sübhay Əşrəf oğlu həbsxanada özünü mələfə ilə asıb.
Faktla bağlı Qardağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Ş.İbrahimov 2014-cü ildə Goranboyda qayınatası və qayınanasını xüsusi amansızlıqla qətlə yetirdiyi üçün ömürlük azadlıqdan məhrum edilmişdi.