Suriya danışıqları müvəqqəti dayandırılıb

SuriyaSuriya ilə bağlı Cenevrədə keçirilən sülh danışıqlarına müvəqqəti fasilə verilib. Bunu BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura fevralın 3-də deyib.

O Suriya hökuməti və müxalifət nümayəndələri ilə ayrıca danışıqlardan sonra bildirib ki, danışıqlar fevralın 25-də bərpa olunacaq.

Suriya müxalifəti müxalifətin nəzarətində olan 18 rayona humanitar yardım göndərilməsinə imkan yaradılmasını tələb edir.

5 ildir ki, davam edən Suriya müharibəsində azı 250 min adam ölüb.

Rusiya bu müharibədə prezident Bashar Assadın,ABŞ və onun müttəfiqləri isə müxalifətin tərəfini saxlayır. (azadliq.org)