natiqedilov

Molla Nəsrəddinin Mübariz Qurbanlıya sualı

natiqedilovNatiq Ədilov

Molla Nəsərddinin evin oğurlayırlar. Qonum-qonşu yığışır, hərə bir tərəfdən hadisəni qiymətləndirir. Biri deyir, qapının kilidi bivec olmasaydı belə olmazdı, o biri Mollanı ayıq yatmadığına görə məzəmmət edir, bir başqası həyətdəki itin əfəlliyin. Molla görür ki, heç oğrunu yada salan yoxdur, odur ki deyir, belə çıxır heç oğruda günah yoxmuş.

Mən indi dövlət başçısının, onun əyyan-əşrəfinin ölkəni bürüyüən iqtisadi-siyasi fəlakətləri izah etməsinə baxanda Mollanın yuxarıdakı lətifəsin xatırlayıram. Bizimkilər böhranın səbəbi kimi özlərindən başqa hamını, hər yeri günahkar çıxara-çıxara gedir. Çin, Rusiya, ABŞ, Avropa, Ukrayna, İran, Himalay dağıdankı buddist rahiblər,  uzaq sibirdəki şamanlar özü belə bizim fəlakətlərimizə baiskardır. Hətta dünənə qədər olmadığını cani dildən sübut etmək istədikləri müxalifəti belə böhranın banisi kimi görürlər. Bəs nə? O gün prezidentin birdən ağılına gəldi ki, atan-bala onların gecə-gündüz yorulmadan Azərbaycanı dirçəltmək cəhdləri niyə səmərə vermir? Demə, bunun səbəbi 23 il əvvəl cəmi bir illik hakimiyyətdə olan AXC-Müsavat birliyindəymiş…

“Bəs oğruda heç günah yoxdurmu”- Mollanın sualı aktualdır!

Bu cavabı özündə yerləşən sualdır.

Azərbaycanda iqtisadi böhran yox, siyasi böhran var. Ölkə bu günə yarıtmaz idaretmənin, kor-kobud siyasətin nəticəsində düşüb. İndi hökumət bütün günahları onun-bunun üstünə atsa da, bu yalandır! Ancaq onun yalan danışması başa düşüləndir. Məhkəmə prosesində müttəhimin özünü müdafiə üçün yalana əl atması adi haldı. Fəlakət hakimin (bizim) bu yalana inanmağımızdan başlayır.

Azərbaycanı bədbəxt hala gətirən bir iqtidarın bütün limitləri bitib. Onun indi ölkəni dirçəltmək, iqtisadiyyatı canlandırmaq, ölkədə real islahatlar, normal biznes mühuti yaratmağa nə vaxtı var, nə gücü, nə də ciddi niyyəti.

İndi Azərbaycan üçün ən vacib və ciddi anti-böhran planı kriminal rejimi iş başındna uzaqlaşdırmaq olmalıdır. İnsafən, İlham Əliyev öz əleyhdarlarının güclənməsi, öz ömürünü sonlandırması üçün mümkün olan bütün işləri görən insan təəssüratı yaradır. O hakimiyyətdən getməsi üçün az qala hər şeyi edir. Onun ömürnü ancaq kütləvi vətəndaş mağmınlığı uzaqda bilər. Başqa heç nə.

Bu baxımdan ölkədə keçirilən adda-budda etiraz aksiyaların mahiyyəti mütləq dəyişməlidir. Aksiyanın tələbləri yenilənməli, ölkədəki real vəziyyətə uyğun olmalıdır.

Böyük, respublika əhəmiyyətili problemdən ötəri hansısa icra başçısının boğazından yapışmaq həm özümüzü aldatmaqdır, həm də zülmün ömürünü uzatmaq. İcra başçısı kimdir axı bank kreditinin həlli yolun tapsın, işsizliyə görə müavinətlər paylasın, manatı yerdən qaldırsın. Ayrı ayrı rayonlar deyil, bütöv ölkə zibilə düşüb. Hansısa icra başçısnı günahkar çıxarmaq, onu dəyişməklə rayonda heç nəyi dəyişən deyil. Ölkədə siyasi dəyişiklik baş verməlidir.

Bu gün həm “cənab prezident sağ olsun, o yaxşı adamdır, taxt tacı əbədi olsun, həm də biz acından qırılırıq, krediti verə bilmirik, polis, məhkəmə də biryandan bizi minir”demək ən yaxşı halda savadsızlıq, pis halda isə riyakarlıqdır.  Bizi və ölkəni indi gördüyümüz acınacaqlı duruma salan İlham Əliyevin qəsbkar hakimiyyətidir. Nə qədər ki xalq bu sadə həqiqəti gur səslə deməkdən çəkinəcək o vaxta qədər böhran bizim əziz qonağımız olaraq qalacaq. Böhrandan çıxışın yolu 25 ilə yaxındır dövlət kürsüsünü zəbt edənləri kamali etiramla pensiyaya yollamaqdır. Bunun üçün isə hədəfi düzgün göstərilməyən şüarlarla keçirilən adda budda aksiyalar kifayət deyil. Dəyişiklik istəyən qüvvələri mütləqdir ki, təşkilatlanmalı, dinc mübarizə metodlarına sahib çıxan müxalifətə qoşulmalıdırlar.