2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin layihəsi ölkə başçısına təqdim olunub. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
Nazir xatırladıb ki, yenilənmiş dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 25 dollardan götürülüb: “Məlum olduğu kimi, bu ilin dövlət büdcəsində neftin 1 barelinin baza qiyməti 50 dollardan götürülmüşdü. Lakin xam neftin qiymətinin kəskin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb oldu. Məhz buna görə, yenilənmiş dövlət büdcəsinin layihəsində neftin bir barelinin baza qiyməti 25 dollardan hesablanıb” (apa).