Çinin Siçuan əyalətindəki çoxmərtəbəli oteldə güclü yanğın baş verib.
Strateq.az xarici mətbuata istindaən xəbər verir ki, hadisə yerində 10-dan artıq yanğınsöndürmə briqadası işləyir. Tələfatın olub-olmadığı barədə məlumat verilmir.
“China Plus News”un məlumatına görə, otelin birinci mərtəbəsində mağazalar yerləşir.
Şahidlər yanğının dəhşətli olduğunu, küllərin ətrafa səpələndiyini bildirirlər.